BSU-da “Şekspir gecəsi” adlı tədbir keçirilib

Mayın 25-də Bakı Slavyan Universitetində (BSU) Ədəbiyyat nəzəriyyəsi və dünya ədəbiyyatı kafedrasının təşkilatçılığı ilə “Şekspir gecəsi” adlı tədbir keçirilib.

Tədbirin moderatorları olan Tərcümə fakültəsinin tələbələri məşhur ingilis yazıçısı Uilyam Şekspirin həyat və yaradıcılığı haqqında məlumat veriblər.

Tədbirdə U. Şekspirin əsərlərindən ibarət səhnəciklər nümayiş etdirilib, onun yaradıcığında mühüm yer tutan əsərlərinin qəhrəmanları səhnədə canlandırılıb, sonetlərindən parçalar səsləndirilib.

Tədbirin sonunda Tərbiyə işləri üzrə prorektor, dosent Xanım Sultanova, Tərcümə fakültəsinin dekanı, dosent Nurlana Nağıyeva, Ədəbiyyat nəzəriyyəsi və dünya ədəbiyyatı kafedrasının müdiri, professor Naidə Məmmədxanova, həmçinin, həmin kafedranın baş müəllimi Xalidə Abbasova tələbələrə öz dərin təşəkkürünü bildirib, onlara uğurlar arzulayıblar.