M.Müşfiq adına 18 saylı məktəbin və "Hədəf" liseyinin şagirdləri BSU-da olublar

Mayın 25-də "Hədəf" liseyinin və Mikayıl Müşfiq adına 18 nömrəli tam orta məktəbin yuxarı sinif şagirdləri Bakı Slavyan Universitetində (BSU) olublar.

BSU ilə tanışlıq məqsədilə təşkil olunan tədbirdə şagirdlər əvvəlcə BSU-nun Heydər Əliyev Tədris Mərkəzi və BSU-nun Muzeyi ilə tanış olublar.

Şagirdlərə BSU-nun yaranma tarixi, keçdiyi böyük və zəngin inkişaf yolu, universitetdə fəaliyyət göstərən fakültələr, tədris-mədəniyyət mərkəzləri, tədris olunan ixtisaslar, hazırda həyata keçirilən yeniliklər, islahatlar barədə geniş məlumat verilib.

Şagirdlər fakültələrlə, tədris auditoriyaları, tədris-mədəniyyət mərkəzləri və elmi-tədqiqat laboratoriyaları ilə tanış olublar.

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Şəkilin açıqlaması yoxdur.