Bu gün Azərbaycanın mədəniyyət paytaxtı Şuşada V “Xarıbülbül" festivalının açılış mərasimi keçirilir

 

 
Şuşada Xarıbülbül Beynəlxalq Folklor Festivalı mədəniyyət paytaxtımızda Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi və qətiyyəti sayəsində Şanlı Azərbaycan Ordusu tərəfindən Qarabağın 28 il sürən işğaldan azad edilməsindən sonra bərpa olunub. Azərbaycanın mədəniyyət paytaxtında 29 ildən sonra 2021-ci il mayın 12-13-də Şuşanın Cıdır düzündə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın nəcib təşəbbüsü ilə Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən festival sayca IV Xarıbülbül Beynəlxalq Folklor Festivalı olub. V Xarıbülbül Beynəlxalq Folklor Festivalı bu il 12-14 may tarixlərində baş tutacaq.
 
Görkəmli Azərbaycan tarzəni, Xalq artisti Qurban Pirimovun nəticəsi Azərbaycan Milli Konservatoriyasının 1-ci kurs tələbəsi Asim Pirimovun Bakı Slavyan Universitetində Xalq rəssamı, professor Arif Hüseynovun əsərlərindən ibarət “Şuşanın görkəmli musiqi xadimləri” adlı sərginin açılışında ifa etdiyi "Qarabağ şikəstəsi"nin sədası Bakı Slavyan Universitetindən pərvazlanaraq, doğma Şuşamıza çatsın və möhtəşəm Xarıbülbül Beynəlxalq Folklor Festivalına ərməğan olsun.