BSU-da Ulu öndər Heydər Əliyevə həsr olunan beynəlxalq simpoziumun bağlanış mərasimi olub

 

Mayın 8-də Bakı Slavyan Universitetinin və Azərbaycan Dillər Universitetinin Germanistika İnstitutlarının birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş “Germanistikanın yeni yolları. Avropa və Qafqaz arasında ədəbiyyat və mədəniyyət mübadiləsi” adlı beynəlxalq simpoziumun bağlanış mərasimi keçirilib.

Tədbirdə çıxış edən Bakı Slavyan Universitetinin Elmi İşlər üzrə prorektoru Rafiq Novruzov bölmələrdə  müxtəlif istiqamətlər üzrə geniş  və maraqlı müzakirələr aparıldığını bildirib.

Sonra simpoziumun bölmə rəhbərlərinin hesabatları dinlənilib.

Tədbirdə nümayiş olunacaq “Qisas almadan ölmə” filminin rejissoru, xalq artisti Oqtay Mirqasımov Azərbaycan və Almaniya  əlaqələrinin tarixi bağlarından, filmin ərsəyə gəlməsindən söz açıb.

Bağlanış mərasimindən  sonra simpozium iştirakçıları Oqtay Mirqasımovun “Qisas almadan ölmə” filmini izləyiblər.

Üç gün davam edən simpoziuma, ümumilikdə, 65-dək məqalə qəbul olunub.