Konfransa AMEA-nın nəzdində fəaliyyət göstərən insititular, müxtəlif universitetlər, o cümlədən, Rusiya, Qazaxıstan, Ukrayna universitetlərindən, ümumilikdə, 169 məqalə qəbul olunub.
Konfransın bölmə iclaslarında yerli və xarici alimlərin “Ulu Öndər Heydər Əliyev və Azərbaycançılıq məfkurəsi”, “”Qarabağ Azərbaycandır!” çağırışı müasir elmi, elmi-publisistik və ictimai-siyasi diskursun predmeti kimi”, “Azərbaycan tarixi və mədəniyyətinin aktual problemləri”, “Azərbaycanşünaslıq və filologiya məsələləri” və digər mövzularında məruzələri dinlənilib.
Konfransın bağlanış mərasimində bölmə rəhbərlərinin hesabatları dinlənilib, iştirakçılara sertifikatlar təqdim edilib.