BSU-da Elmi Şuranın iclası keçirilib

Aprelin 29-da Bakı Slavyan Universitetində (BSU) Elmi Şuranın növbəti iclası keçirilib. İclası Elmi Şuranın sədri, BSU-nun rektoru, siyasi elmlər üzrə fəlsəfə doktoru Anar Nağıyev açaraq, qarşıdan gələn Müqəddəs Ramazan bayramı münasibətilə BSU kollektivini təbrik edib.
 
Rektor Anar Nağıyev son günlərdə universitetdə əhəmiyyətli tədbirlərin təşkil olunduğunu deyərək, keçirilən tədbirlərin gənclərin mənəvi təlim-tərbiyəsində, vətənpərvərlik ruhunun artırılmasında rolunu qeyd edib. Tədbirlərin təşkilində əməyi olan universitet kollektivinin üzvlərinə təşəkkürünü bildirib.
 
Rektor Elmi işlər üzrə prorektor, professor Rafiq Novruzovu yubileyi münasibətilə təbrik edərək, onu uzunmüddətli səmərəli elmi-pedaqoji fəaliyyətinə görə “Fəxri fərman”la təltif edib.
 
Sonra gündəlikdəki məsələlər elan olunub. İclasda Tədris işləri üzrə prorektor, professor Telman Cəfərovun yay imtahan sessiyasına hazırlıqla bağlı qarşıda duran vəzifələr, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Nərmin Quliyevanın universitetin beynəlxalq əlaqələri üzrə fəaliyyəti haqqında məruzələri dinlənilib. Eyni zamanda, cari məsələlərin geniş müzakirəsi olub.
 
Elmi Şura müvafiq qərarların qəbul edilməsi ilə başa çatıb.
 
 
Şəkilin açıqlaması yoxdur.