BSU-da “Bir” Tələbə-Könüllü Proqramı ilə bağlı məlumatlandırma sessiyası olub

Aprelin 29-da Bakı Slavyan Universitetində (BSU) "Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyi tələbələr üçün məlumatlandırma sessiyasının  təqdimat mərasimi olub.
 
Tədbirdə çıxış edən BSU-nun Tərbiyə işləri üzrə prorektoru, dosent Xanım Sultanova “Bir” Tələbə-Könüllü Proqramının təqdimatının gənclər üçün əhəmiyyətindən danışıb və tələbələri proqramda fəal iştirak etməyə səsləyib.
 
"Bir” Tələbə-Könüllü Proqramı haqqında geniş məlumat verən birliyin əməkdaşı Kamran Əliyev proqramın tələbələr üçün yeni dostlar qazanmağa, tələbəlik həyatını rəngarəng və faydalı keçirməyə imkan yaratdığını vurğulayıb.
 
Sonra tələbələr üçün müxtəlif istiqamətdə fəaliyyət göstərən proqramlar çərçivəsində keçirilmiş təlimlər, seminarlar, komanda turları, festivallar, xeyriyyə aksiyaları haqqında videoçarxlar nümayiş etdirilib.
 
Sonda tələbələr  tədbir çərçivəsində keçirilən yarışmalarda iştirak edib və müxtəlif hədiyyələrlə mükafatlandırılıblar.