Bakı Slavyan Universitetində Ümumdünya Autizm Maarifləndirmə aylığı çərçivəsində keçiriləcək tədbirlər ilk iş gününə başlayıb

 

Bakı Slavyan Universitetində Ümumdünya Autizm Maarifləndirmə aylığı çərçivəsində keçiriləcək tədbirlər öz ilk iş gününə başlayıb. 12 aprel 2022-ci il tarixində “Fərqli-lakin bərabər” günü qeyd olunmuşdur. Təhsil fakültəsinin tələbələrinin iştirakı ilə, “Bacarıqlı Əllər” İctimai Birliyinin nəzdində inklüziv qrupdan olan uşaqlarla 3 müxtəlif otaqda inkişafetdirici oyunlar, korreksiayedici və yaradıcı məşğələlər keçirilmişdir.
I otaq- “Pozitiv düşüncə”, II otaq- “Yaradıcılıq emalatxanası”, III otaq-“Play-Boom” otağı kimi tərtib olunmuşdur.
Tədbirdə iştirak edən sağlamlıq imkanları məhdud və sağlam uşaqlar birlikdə müxtəlif oyunlar oynayıb, yaradıcılıq emalatxanasında rəmzi əl işi-“Mavi əl” hazırlayıb “Birlik” ağacına asmışlar.
“Play-Boom” otağında uşaqlar üçün müxtəlif oyuncaqlarla animatorlar tərəfindən oyun proqramları keçirilmişdir.