Bakı Slavyan Universitetinin tələbələri karyera sərgisində iştirak ediblər

   

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, hər il həmin tarixdə ölkəmizdə Gənclər Günü qeyd edilir. Ulu Öndərin əsasını qoyduğu dövlət gənclər siyasətinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə müasir dövrün tələblərinə uyğun davam etdirilməsi gənclərin hərtərəfli fəaliyyətinə geniş imkanlar yaradıb.

  

Azərbaycan Gəncləri Günü münasibətilə yanvarın 29-da Bakı Gənclər Mərkəzində karyera sərgisi təşkil olunub. Ölkəmizdə fəaliyyət göstərən 15-dən çox aparıcı şirkət sərgidə gənclər üçün 520-dən artıq vakansiya təklif edib. Bakı Slavyan Universitetinin 5 fakültəsinin 80-ə yaxın buraxılış ili tələbəsi karyera sərgisində fəal iştirak edib. Sərgi vasitəsilə tələbələrimiz gələcəkdə işlə təmin olunmaq üçün hansı bilik və bacarıqlara yiyələnmələri olduqları haqqında əyani şəkildə məlumatlar əldə ediblər, özləri barədə məlumatların necə tərtib edilməsi mexanizmləri ilə tanış olublar. Karyera ilə bağlı müxtəlif intellektual oyunlarda fəal iştirak edən tələbələrimiz hədiyyələr qazanıblar.