BSU-nun şəhid məzunu Elnur Allahverdizadənin fotosərgisi keçirilib

  

  

   

   

 

Dekabrın 10-da Azərbaycan Fotoqraflar Birliyinin təşkilatçılığı ilə Xətai Sənət Mərkəzində Bakı Slavyan Universitetinin (BSU) məzunu, Vətən müharibəsi şəhidi Elnur Allahverdizadənin “25” adlı fotosərgisi keçirilib.Məlumat üçün bildiririk ki, fotosərgidə şəhidin 25 yaşına 25 street janrında çəkdiyi fotolar nümayiş olunub. Fotosərgidə BSU-nun Magistrantlar Şurasının və Tələbə Gənclər Təşkilatının üzvləri, həmçinin universitetdə təhsil alan əcnəbi tələbələr iştirak ediblər.

Qeyd edək ki,şəhid Elnur Allahverdizadə “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.

 

Allah rəhmət eləsin!