BSU-da Vətən müharibəsi şəhidi Kənan Rüstəmlinin xatirəsinə həsr olunan şahmat yarışı keçirilib

   

Dekabrın 8-də Bakı Slavyan Universitetinin (BSU) tələbələri arasında Tərcümə fakültəsinin məzunu,Vətən müharibəsi şəhidi Kənan Rüstəmlinin xatirəsinə həsr olunan şahmat yarışı keçirilib. Şahmat yarışına 4 komandanı təmsil edən 20 nəfər tələbə qatılıb.

Tədbirdə əvvəlcə Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Dekabrın 10-da şahmat yarışında komandalararası yarışda I, II və III yerə layiq görülən Elgün Məhyəddinli,Elvin Həşimov,Sədi Balacazadə,tələbə qızlar arasında isə fərdi yarışda I yerə layiq görülən Mirfatimə Ağayevaya diplom və medallar təqdim edilib.

Tədbirdə qeyd edilib ki, BSU-nun ümümilikdə 100-ə yaxın məzunu Vətən müharibəsinin iştirakçısı olub. Onlardan üç nəfəri-Nicat Şükürlü, Kənan Rüstəmli Elnur Allahverdizadə şəhidlik zirvəsinə yüksəliblər. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva şəhid ailələrinə ali diqqət və qayğı göstərirlər.Vurğulanıb ki, bizim borcumuz şəhidlərimizi daim yad etmək, işğaldan azad edilmiş torpaqları qorumaqdır.

Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Kənan Rüstəmli 2020-ci il sentyabrın 27-də erməni işğalı altında olan torpaqlarımızın azad edilməsi və ölkəmizin ərazi bütövlüyünün təmin olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ silsiləsindəki yüksəkliklərin və Tərtər rayonunun Suqovuşan qəsəbəsinin azad olunması uğrunda gedən döyüşlərdə fəal iştirak edib. Oktyabrın 31-də Xocavənd rayonunun Hadrut qəsəbəsi uğrunda gedən şiddətli döyüşlər zamanı qəhrəmancasına şəhid olub. Ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib, xatirəsinin əbədiləşdirilməsi məqsədilə doğulub boya-başa çatdığı Biləsuvar rayonunun Əsgərabad kəndində adını daşıyan abidə-bulaq kompleksi yaradılıb.

Allah rəhmət eləsin!