Təhsilin inkişafı üzrə ictimai təşəbbüsləri dəstəkləyən qrant müsabiqəyə layihə qəbul olunur

Bakı, 15 oktyabr, AZƏRTAC

 

Təhsil Nazirliyinin “2021/2022-ci illərdə təhsilin inkişafı üzrə ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsinə layihə qəbulu aparılır. Müsabiqə prioritet istiqamətlər üzrə təhsilin inkişafına xidmət edən ictimai iştirakçılığın təmin edilməsi məqsədilə keçirilir.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, layihələr oktyabrın 18-i saat 21:00-dək qəbul edilir. Müsabiqədə iştirak etmək istəyənlər sənədlərini elektron formada musabige@edu.gov.az ünvanına göndərilməlidir.

Qrant müsabiqəsi barədə daha ətraflı məlumatla Təhsil Nazirliyinin saytında tanış olmaq mümkündür.