Bakı Slavyan Universitetinin Məktəbəqədər və ibtidai təhsil fakültəsinin tələbələri Hərbi Qənimətlər Parkında ekskursiyada olublar

       

   

Sentyabrın 24-də Bakı Slavyan Universitetinin (BSU) Məktəbəqədər və ibtidai təhsil fakültəsinin fəal tələbələrinin bir qrupu və təlim-tərbiyə işləri üzrə dekan müavini, dosent Sevinc Musayeva Hərbi Qənimətlər Parkında ekskursiyada olublar.

Park Azərbaycan Silahlı Qüvvələrinin Vətən müharibəsində qazandığı Qələbəyə həsr olunub. Tələbələr Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında qəhrəman Azərbaycan Ordusunun düşməndən qənimət götürdüyü Ermənistan Silahlı Qüvvələrinə məxsus tank, "Qrad" qurğuları, top və digər hərbi texnika və sursatlarla tanış olublar. Parkda müharibədə həlak olan yüzlərlə erməni əsgərinin dəbilqələri və Ermənistan Silahlı Qüvvələrinin mum manikenləri nümayiş etdirilir.

Tələbələr ekskursiyadan sonra Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası və işğal altında olan torpaqlarımızın azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Hərbi Qənimətlər Parkının işçiləri, qazilər,“Füzulinin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Şuşanın azad olumasına görə”, “Cəsur döyüşçü” medalları ilə təltif edilmiş Orucəli Abbaszadə,“Qubadlının azad olunmasına görə” ,“Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilmiş Azər Şükürov,“Cəsur döyüşçü” ,“Şücayətə görə” ,“Şuşanın azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə” medalları və III dərəcəli “Qarabağ”, III dərəcəli “Rəşadət” ordenləri ilə təltif edilmiş Əfqan Zaxmayevlə görüşərək onların müharibə xatirələrini dinləyiblər.

Ekskursiya tələbə-gənclərin böyük marağına səbəb oldu. 

                                                                 Mətbuat və informasiya şöbəsi