Bakı Slavyan Universitetinin tələbəsi Məryəm Tağızadə sertifikatla təltif edilib

      

   

Bakı Slavyan Universitetinin Məktəbəqədər və ibtdai təhsil fakültəsinin III tədris ili tələbəsi Məryəm Tağızadə "Davam" Gənclər Hərəkatının təşkilatçılığı və Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə Gəncə şəhərində keçirilmiş "Gənc Liderlər üçün Yay Universiteti" layihəsində iştirak edib. 

"Gənc Liderlər üçün Yay Universiteti" layihəsinə ictimai müraciət elanı verildikdən sonra qısa müddət ərzində 1600-dən çox gənc iştirak hüququ qazanmaq üçün onlayn formada qeydiyyatdan keçib. İkimərhələli seçim turunun yekununda 5 komanda olmaqla, 64 nəfərlik iştirakçı qrupu formalaşdırılıb. 

Gənc liderlər 5 gün müddətində təlimlərdə, intellektual yarışlarda və rəsmi şəxslərlə görüşlərdə iştirak ediblər.Məlumat üçün qeyd edək ki, Məryəm Tağızadə “Delta” qrupunun tərkibində layihədə iştirak edib. Qrup I yerə layiq görülüb və onlara sertifikat və hədiyyələr təqdim olunub.

Mətbuat və informasiya şöbəsi