İxtisas seçimi edəcək abituriyentlərin nəzərinə

Bakı, 27 avqust, AZƏRTAC

 

Ali təhsil müəssisələrinə ixtisas seçimi avqustun 30-u saat 23:59-da başa çatır.

Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildirilib ki, bunu nəzərə alaraq Bakıda ali təhsil müəssisələrində yerləşən abituriyent məsləhət mərkəzləri həftəiçi günlərindən əlavə şənbə və bazar günləri, regionlarda olan mərkəzlər isə şənbə günü də fəaliyyətlərini davam etdirəcək. Mərkəzlər saat 10:00-dan 17:00-dək işləyir.

Qeyd edək ki, abituriyent məsləhət mərkəzlərində xüsusi treninq keçmiş əməkdaşlar abituriyentlərə elektron ixtisas seçimi ərizəsinin doldurulma və təsdiq edilməsi qaydası, ixtisas seçimi zamanı diqqət yetirilməli olan vacib məsələlər və s. haqqında ödənişsiz xidmət göstərirlər.