“Karabakh.Center”layihəsi ilə bağlı fotosərgi keçirilib

       

İyunun 30-da Qarabağ Dirçəliş Fondu Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə ərsəyə gələn "Karabakh.Center" layihəsinin təqdimatı və mövzu ilə bağlı fotosərgi keçirib.

Qeyd edək ki,tədbirin təşkilində Bakı Slavyan Universitetinin (BSU) "Bir" Tələbə-Könüllü proqramının  koordinatorları, Azərbaycan filologiyası fakültəsinin III tədris ili tələbəsi Samirə Fərəcova və Beynəlxalq münasibətlər, regionşünaslıq və jurnalistika fakültəsinin II tədris ili tələbəsi  Ləman Cavadova, BSU-nun "Bir" Tələbə-Könüllü proqramının tələbə-könüllülərindən olan Beynəlxalq münasibətlər,regionşünaslıq və jurnalistika fakültəsinin II tədris ili tələbəsi Anar Əhmədli və Pedaqoji fakültənin I tədris ili tələbəsi Murad Zərgərov öz #könüllü dəstəklərini göstəriblər.

 

                       Mətbuat və informasiya şöbəsi