Bakı Slavyan Universitetinin tələbələri mükafatlandırılıblar

      

İyulun 2-də "Bir Könüllü" Təşkilatının 2020-ci ildə fəaliyyəti ilə fərqlənən və məzun koordinatorlarının mükafatlandırılma mərasimi keçirilib. Qeyd edək ki, Bakı Slavyan Universitetinin Beynəlxalq münasibətlər, regionşünaslıq və jurnalistika fakültəsinin builki məzunu Murad Ayazlı və həmin fakültənin II tədris ili tələbəsi Murad Hüseynli də mükafata layiq görülüblər.

Mükafatı təqdim edən təşkilat rəhbəri Elnur Mirzəzadə məzun istiqamətində görüləcək işlərdən danışıb, koordinatorları təbrik edib və onlara  gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

bir #birkonullu #TəhsilNazirliyi #Eduaz

 

 

 

                                                                           Mətbuat və informasiya şöbəsi