Ali təhsil müəssisələrinə doktorant qəbulu üzrə e-müraciət sistemi TƏLİMATI

  

 

 

  

 

 

 Mündəricat

 

Qeydiyyat....................................................................................................... 3

Qeydiyyat düyməsi............................................................................................ 3

Vətəndaşlıq haqqında məlumat səhifəsi.............................................................. 4

Şəxsiyyət  vəsiqəsi  FİN  məlumatının    yoxlanılması səhifəsi          4

BMT     QAK-ın     himayəsi     sənədi      ilə  məlumatların  doldurulması səhifəsi  5

Mobil nömrənin təsdiqi səhifəsi.......................................................................... 6

Elektron poçt ünvanın təsdiqi səhifəsi................................................................. 7

Şifrənin təyin edilməsi səhifəsi........................................................................... 7

Ümumi məlumat səhifəsinə keçid...................................................................... 8

Şəxsi kabinet..................................................................................................... 8

Şifrənin dəyişilməsi səhifəsi................................................................................ 9

Şəxsi                                                   kabinetə                            giriş səhifəsi 10

Xidmətlər arasında keçid səhifəsi...................................................................... 10

Müraciət etmək üçün keçid səhifəsi.................................................................. 11

Şəxsi məlumatlarının əlavə olunması səhifəsi..................................................... 12

Əvvəlki təhsil məlumatları səhifəsi.................................................................... 12

Məlumatların düzgünlüyü təsdiq etmə səhifəsi................................................. 13

Müraciətin göndərilməsi ilə bağlı bildiriş səhifəsi................................................ 14

Ümumi             məlumatlar               bölməsinə               keçid səhifəsi          14

 

Qeydiyyat

 

Ali təhsil müəssisələrinə doktorant müraciət etmək istəyən şəxs ilk öncə “portal.edu.az” saytında qeydiyyatdan keçməlidir. Bunun üçün əsas səhifəyə daxil olaraq “Qeydiyyat” düyməsinə sıxıb uyğun səhifəyə keçid edin.

 

 


 

 

Şəkil 1. Qeydiyyat düyməsi

 

Açılan qeydiyyat formasının ilk səhifəsində müraciətçi vətəndaşlığını qeyd etməlidir


 

 

 

 

Şəkil 2. Vətəndaşlıq haqqında məlumat səhifəsi

 

 

Müraciət edən şəxs Azərbaycan Respublikası vətəndaşıdırsa şəxsiyyət vəsiqəsinin FİN kodunu daxil etməli və “yoxla” düyməsinə klik etdikdən sonra, ekranda əks olunan məlumatlar müraciətçiyə aid olduğu halda növbəti addıma keçid edin.

 

 

 


 

Şəkil 3. Şəxsiyyət vəsiqəsi FİN məlumatının yoxlanılması səhifəsi.

 

Müraciət edən şəxs xarici vətəndaş olduğu halda miqrasiya kodunun seriyasını və kodunu daxil etməli və “yoxla” düyməsinə kliklədikdən sonra, ekranda əks olunan məlumatlar müraciətçiyə aid olduğu halda növbəti addıma keçid edin.

 

 

 


 

 

Şəkil 4. Xarici vətəndaşların qeydiyyat səhifəsi

 

 

Müraciətçi BMT QAK-ın himayə sənədi ilə müraciət etdiyi halda, açılan bütün xanaları düzgün formada doldurmalı və növbəti addıma keçid etməlisiniz.

Sizə aid olan məlumatlar ekranda əks olunduğu halda növbəti səhifəyə keçid edərək qeydiyyatı davam edin.


 

 

Şəkil 5. BMT QAK-ın himayəsi sənədi ilə məlumatların doldurulması səhifəsi.

 

Qeydiyyat üçün mobil nömrənizi daxil edin. Düzgün qeyd edilməyən mobil nömrələrə təsdiq sms kodu göndərilmir. Bu mobil nömrə bütün mərhələlərdə əlaqə vasitəsi kimi istifadə olunacaq.

Qeyd: Bir mobil nömrə, ancaq bir müraciətçi üçün istifadə edilə bilər. Mobil nömrənizə göndərilən təsdiq kodunu uyğun xanaya daxil edin və “Növbəti” düyməsinə sıxıb növbəti addıma keçid edin.

 

 


 

Şəkil 6. Mobil nömrənin təsdiqi səhifəsi

 

Əlaqə nömrənizi təsdiq etdikdən sonra elektron poçt səhifəsinə daxil olaraq elektron poçt ünvanını və poçt ünvanının təkrarını qeyd edin.

 


 

 

Şəkil 7. Elektron poçt ünvanın təsdiqi səhifəsi.

 

 

Elektron poçt ünvanını daxil etdikdən sonra şifrənizi daxil edin. Şifrəni təyin etdikdən sonra, “Növbəti” düyməsinə sıxın.

 


 

Şəkil 8. Şifrənin təyin edilməsi səhifəsi.

 

“Kabinetə daxil ol” düyməsinə sıxıb ümümi məlumat səhifəsinə keçid edin.


 

 

Şəkil 9 . Ümumi məlumat səhifəsinə keçid.

 

 

Şəxsi Kabinet

 

 

 

Şəxsi kabinetə giriş zamanı şifrənizi unutduğunuz halda əsas səhifədən “Şifrəni unutdun?” düyməsinə klikləyin və açılan pəncərədə ilk öncə elektron poçt ünvanını daxil edin. Açılan növbəti pəncərədə mobil nömrənin son 4 rəqəmi daxil edin. Nömrəyə gələn təsdiq kodu daxil edildikdən sonra yeni şifrə təyin edilməlidir.

 

 


 

 

Şəkil 10. Şifrənin dəyişilməsi səhifəsi

 

 

 

Qeydiyyat bitdikdən sonra müraciət etmək üçün şəxsi kabinetinizə daxil olun. Bunun üçün qeydiyyatdan keçdiyiniz email və şifrəni yazaraq “Davam et” düyməsinə klikləyin.

 

 

 

Şəkil 11.Şəxsi kabinetə giriş səhifəsi.

 

 

Şəxsi kabinetə daxil olduqda istifadəçi ilk öncə keçid səhifəsinə daxil olur. Buradan uyğun xidməti seçərək sistemə daxil olun.


 

Şəkil 12. Xidmətlər arasında keçid səhifəsi.

 

Keçid səhifəsinə daxil olduqda ilk öncə sol menyuda yerləşən “Müraciətlərim” bölməsinə daxil olun. Daha sonra keçid olunan səhifədə “Yeni müraciət et” düyməsinə klik edin.


 

 


 

 

Şəkil 13. Müraciət etmək üçün keçid səhifəsi.

 

 

Növbəti səhifədə FİN məlumatlarını görəcəksiniz. Yaşadığınız ünvan və rayon kimi əlavə xanaları isə daxil etməlisiniz. Faktiki yaşayış ünvanınız qeydiyyatda olduğunuz ünvanla eynidirsə, bunu müvafiq işarələmə ilə qeyd edin. Fərqlidirsə yaşayış ünvanınızı yazın .

 

 

Şəkil 14. Şəxsi məlumatlarının əlavə olunması səhifəsi.

 

 

Şəxsi məlumatlarınızı daxil etdikdən sonra ekranda əvvəlki təhsil məlumatları səhifəsinə daxil olursuz. Tələb olunan bölmələri düzgün daxil etdikdən sonra “Yadda saxla” və “Müraciət et” düyməsinə klik edin.


Şəkil 15. Əvvəlki təhsil məlumatları səhifəsi .

 

 

Məlumatların düzgünlüyündən əmin olmaq üçün müraciəti göndərdikdən sonra şəxsi məlumatlarınızın, əvvəlki təhsil, ali təhsil və müraciətinizi bir arada təsvir edən səhifəyə daxil olursuz. Öncədən daxil etdiyiniz məlumatlarda dəyişiklik etməyə ehtiyac olmadığı halda ’Təsdiq et’ düyməsinə sıxın. Məlumat göndərildikdən sonra diqqətsizlik və ya səhv olduğda heç bir düzəliş etmək mümkün deyil.


Şəkil 16. Məlumatların düzgünlüyü təsdiq etmə səhifəsi .

 

Məlumatların düzgünlüyünü təsdiq etdikdən sonra müraciətiniz uğurla bitdiyi halda sizə müraciətinizin göndərilməsi ilə əlaqədar bildiriş gələcək. “X” düyməsinə klik edin.


 

Şəkil 17. Müraciətin göndərilməsi ilə bağlı bildiriş səhifəsi.

 

 

Müraciyətinizi göndərdikdən sonra 2 hissədən ibarət olan “Ümumi məlumatlar” bölməsinə daxil olursuz. Müraciətin irəliləyişi və müraciətin statusu barəsində məlumat əldə edə bilərsiz.


 

 

Şəkil 18. Ümumi məlumatlar bölməsinə keçid səhifəsi.