Bakı Slavyan Universitetinin tələbələri 15 iyun - Milli Qurtuluş Günü ilə əlaqədar olaraq Fəxri xiyaban və Şəhidlər xiyabanını ziyarət ediblər

      

İyunun 15-də Milli Qurtuluş Günü ilə əlaqədar olaraq Bakı Slavyan Universitetinin (BSU) Tələbə Gənclər Təşkilatının (TGT) sədri Cəfər Adilov və sədr müavini Rəhilə Yusifova, idarə heyəti, universitetin fəal tələbə gəncləri və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı ilə birlikdə Fəxri xiyaban və Şəhidlər xiyabanını ziyarət ediblər.Tələbələr Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarı önünə tər güllər düzərək onun əziz xatirəsinə ehtiramlarını bildiriblər.Daha sonra onlar Şəhidlər xiyabanında uyuyan şəhidlərimizi yad ediblər. Sonda “Əbədi məşəl” abidəsinin önündə xatirə fotosu çəkilib.
 
 
Mətbuat və informasiya şöbəsi