Bakı Slavyan Universitetində təhsil alan əcnəbi tələbələr fotojurnalist Reza Deghati ilə görüşdə iştirak ediblər

         

İyunun 4-də Bakı Slavyan Universitetində (BSU) Türkiyə Respublikasından,Pakistan İslam Respublikasından və İran İslam Respublikasından  təhsil alan əcnəbi tələbələr Təhsil Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan əsilli dünya şöhrətli fransız  fotojurnalist Reza Deghati iləkeçirilən onlayn görüşdə iştirak ediblər.Görüşdə Təhsil Nazirliyinin  İctimai əlaqələr sektorunun  müdiri Cəsarət Valehov  və Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Tural Əhmədov iştirak ediblər.

Qeyd edək ki,görüş fotojurnalistin 1992-2021-ci illərdə Qarabağda çəkdiyi şəkillərin təhlilinə həsr olunub.Reza Deghati hər iki müharibə dövrü barədə məlumatları fotofaktlarla görüş iştirakçılarına çatdırıb.

BSU-nun əcnəbi tələbələri diskussiyada fəal iştirak ediblər.BSU-nun əcnəbi tələbələri  Azərbaycan dilini və Azərbaycan tarixini bildikləri üçün Təhsil Nazirliyinin  əməkdaşları onlar barədə müsbət fikirlər səsləndiriblər.

Sonda əcnəbi tələbələrin sualları cavablandırılıb.

 

Mətbuat və informasiya şöbəsi