2020-2021-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasının Azərbaycan Respublikası Təhsil nazirinin “İmtahan sessiyasının təşkili və keçirilməsi barədə” 08.05.2021-ci il tarixli F-215 nömrəli əmrinin tələblərinə uyğun təşkili və keçirilməsi, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı və obyektivliyi təmin etmək məqsədilə

 

2020-2021-ci tədris ilinin yaz imtahan sessiyasının təşkili və

Keçirilməsi barədə

ƏMR EDİRƏM

I. Yaz semestrinin imtahan sessiyasının mövcud normativ sənədlər, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”nın təsdiq edilməsi barədə” 2020-ci il 10 sentyabr tarixli 332 nömrəli Qərarı, Azərbaycan Respublikası Təhsil nazirinin “İmtahan sessiyasının təşkili və keçirilməsi barədə” 08.05.2021-ci il tarixli F-215 nömrəli əmri əsasında təşkili və keçirilməsi müvafiq strukturlar tərəfindən təmin edilsin.

II. Yaz semestrinin imtahan sessiyası 01.06 – 03.07.2021-ci il tarixlərində distant (məsafədən) formada keçirilsin.

III. Xüsusi karantin rejimi şəraitində təşkil olunan və keçirilən yaz semedtrinin imtahan sessiyası üzrə təhsilalanların cari və aralıq qiymətləndirilməsi zamanı BSU Elmi Şurasının qərarı ilə (20.05.2021-ci il tarixli iclas, pr. № 7) tələbələr üçün elan olunan güzəştlər nəzərə alınsın. Bu güzəştlər aşağıdakı kimi müəyyən olunsun:

III.1. Universitetlərdə xüsusi karantin rejiminin tətbiqini və bölgələrdən distant təhsilə qoşulma imkanlarını nəzərə alaraq, dərslərdə iştiraka görə davamiyyət limitinin 25%-dən 50%-dək artırılması.

III.2. Yaz imtahan sessiyası müddətində (01.06 – 03.07.2021-ci il tarixlərində) fərdi və alt qruplarda, fənni təkrar dinləmədən akademik borclarını ləğv etmiş və Dövlət attestasiyası öncəsi 3 akademik borcu qalmış (modul fənlər istisna olmaqla) buraxılış ili tələbələrinə bu borcların (ÜOMG əsasında) bağışlanılması;

III.3. Buraxılış ili tələbələrinin pedaqoji və istehsalat təcrübəsi üzrə attesta¬siyadan azad olunması. Təcrübənin nəticələri üzrə qiymətləndirmənin ÜOMG əsasında aparılması. ÜOMG göstəriciləri aşağı olan tələbələrin təcrübə üzrə ballarının cəminin 51 bal hesab edilməsi. 

III.4. Buraxılış ili tələbələrinin Tibbi biliklər üzrə buraxılış imtahanından azad olunması (ÜOMG əsasında).     

IV. İxtisas fənlərinin məzmun və xüsusiyyətlərindən asılı olaraq, “Jurnalistika”, “Tərcümə” və “İbtidai sinif müəllimliyi” ixtisaslarında şifahi imtahanlarla yanaşı, yazılı imtahanlar təşkil olunsun.

V. 2020-2021-ci tədris ilinin yaz imtahan sessiyasının təşkilinə, gedişinə nəzarəti həyata keçirmək, yarana biləcək münaqişə və şikayətlərin yerində operativ həllini təmin etmək məqsədilə universitet rəhbərliyinin, universitetdə fəaliyyət göstərən valideynlər şuralarının, tələbə-gənclər təşkilatlarının, mətbuat xidmətinin nümayəndələrindən ibarət aşağıdakı tərkibdə «İmtahan qərargahı» yaradılsın:

1. Prof. Əliyeva Nurlana Müzəffər qızı – sədr, rektor

2. Prof. Cəfərov Telman Həmzağa oğlu – üzv, tədris işləri üzrə prorektor

3. Prof. Novruzov Rafik Manaf oğlu – üzv, eimi işlər üzrə prorektor

4. Dos. Sultanova Xanım Rza qızı – universitet üzrə münaqişə komissiyasının sədri, tərbiyə işləri üzrə prorektor

5. Əskərova Təhminə Şamil qızı – imtahan sessiyasının distant formada təşkilinə məsul şəxs, Monitorinq, qiymətləndirmə və tədrisin keyfiy-yətinə nəzarət şöbəsinin müdiri

6. Həsənov Fikrət Surxay oğlu – üzv, BSU Həmkarlar Təşkilatının sədri

7. İbrahimli Mansur Qüdrət oğlu – üzv, Mətbuat xidmətinin rəhbəri

8. Qələndərov Sahil Səfər oğlu – üzv, rektorun müşaviri

9. Musayeva Leyla Zabil – üzv, Avropa dilləri kafedrasının müəllimi

10. Qarayev Tahir Yusif oğlu – Beynəlxalq münasibətlər, regionşünaslıq və jurnalistika fakültəsinin Valideyn Şurasının sədri

11. Qaybaliyeva Aysel Əlpaşa qızı – Tərcümə fakültəsinin T-401(1) qr. Tələbəsi, “Ölkəşünaslıq” klubunun sədri

 

VI. Distant formada keçirilən imtahan sessiyası müddətində İmtahan qərargahına müraciətlərə operativ şəkildə onlayn rejimdə baxılması (ehtiyac yarandığı halda müvafiq sanitar-epidemioloji tələblər gözlənilməklə iddiaçılar apelyasiyaya ənənəvi qaydada dəvət oluna bilərlər), imtahan nəticələrindən, o cümlədən, ÜOMG əsasında qeyri-ixtisas fənləri üzrə qiymətləndirilmədən narazı qalan tələbələrin onlayn şəkildə dindirilməsi məqsədilə universitet üzrə apelyasiya komissiyası yaradılsın.

VII.  Yaz imtahan sessiyası müddətində tələbələrə əvvəlki imtahan sessiyalarından qalan kredit borclarını fənni (fənləri) təkrar dinləmədən ləğv etmək imkanı verilsin (bir-iki fənn üzrə). Cari imtahan sessiyası üzrə yaranmış kredit borclarının fənni (fənləri) təkrar dinləmədən aradan qaldırılmasına 03 – 05 iyul 2021-ci il tarixlərində şərait yaradılsın.

 Kredit borclarını fənni (fənləri) təkrar dinləmədən ləğv etmək arzusunda olan tələbələr imtahan nəticəsindən narazı qaldıqları halda onlara apelyasiya komissiyasına distant və ya əyani şəkildə müraciət etmək imkanı yaradılsın.

VIII. Distant formada təşkil olunan şifahi və yazılı imtahanların təşkili və keçirilməsi, sual, referat və praktik tapşırıqların forma və məzmununun müəyyən olunması, məsafədən cavblandırılması, qiymətləndirilmənin aparılması və imtahanların gedişi prosesinin protokollaşdırılması  qaydaları barədə Monitorinq, qiymətləndirmə və tədrisin keyfiyyətinə nəzarət şöbəsinin hazırladığı təlimat  və göstərişlər imtahan sessiyasına 10 gün qalmış imtahan prosesi iştirakçılarının nəzərinə çatdırılsın.  

IX. Distant formada imtahanların təşkili və keçirilməsi üçün aşağıdakı tərkibdə dəstək qrupu yara¬dılsın:

1. Məmmədov Nurlan Ramiz – Monitorinq, qiymətləndirmə və tədrisin keyfiyyətinə nəzarət şöbəsinin müdir müavini

2. Əhmədova Aynur Nazim – Monitorinq, qiymətləndirmə və tədrisin keyfiyyətinə nəzarət şöbəsinin baş mütəxəssisi

3. Həsənova Rəhimə Sabir – Monitorinq, qiymətləndirmə və tədrisin keyfiyyətinə nəzarət şöbəsinin mütəxəssisi

4. Muradova Mədinə Şirvan-Monitorinq, qiymətləndirmə və tədrisin keyfiyyətinə nəzarət şöbəsinin metodisti

5. Musayeva Leyla Zabil – Avropa dilləri kafedrasının müəllimi

6. Ocaqverdiyeva Leyla Şakir – Bolqar tədris-mədəniyyət mərkəzinin mütəxəssisi

7. Aslanlı Aytən İlqar – Doktorantura şöbəsinin kompüter operatoru

8. Nəsirova Afaq Nəsirağa qızı – ETL-in Tərcümə və leksikoqrafiya bölməsinin leksikoqrafı

 

IX. Texniki dəstək qrupunun üzvlərinə müvafiq struktur rəhbərlərinin təqdimatları əsasında əlavə maaş və ya yardımın ödənilməsi nəzərdə tutulsun.

X. İmtahan qərargahına və müvafiq strukturlara tapşırılsın:

a) fakültə və şöbələrdə baş verən neqativ hallarla bağlı daxil olan məlumatlar operativ araşdırılıb müvafiq tədbirlər görülsün;

b) qərargahın fəaliyyəti barədə rektorluğa müntəzəm olaraq məlumat verilsin;

c) “İmtahan qərargahı”na tələbənin elektron müraciəti daxil olan andan sonra 1 (bir) gün ərzində ərizəyə baxılıb (fənni tədris edən mütəxəssis və ya mütəxəssislərin iştirakı ilə) müvafiq qərar qəbul edilsin. Qəbul edilmiş qərarlar protokollaşdırılsın, “İmtahan qərargahı” sədrinin və ya apelyasiya komissiyası sədrinin imzası ilə təsdiqlənsin;

d) qərargahın yaradılması və fəaliyyəti barədə müəllim, tələbə və valideynlərə, universitet üzrə İctimai Nəzarət Şurası üzvlərinə vaxtaşırı məlumat verilsin;

e) Mətbuat xidməti tələbələrin biliyinin qiymətləndirilməsi və “İmtahan qərargahı”nın fəaliyyəti barədə məlumatların mütəmadi olaraq universitet saytında və mətbuatda işıqlandırılmasını təmin etsin;

f) İmtahanların təşkilində və gedişatında nöqsanlara yol vermiş şəxslər barədə mövcud qanunvericiliyə uyğun tədbirlər görülsün.

g) Monitorinq, qiymətləndirmə və tədrisin keyfiyyətinə nəzarət şöbəsi yaz imtahan sessiyasının nəticələrini təhlil edib sessiya bitdikdən 5 (beş) gün sonra arayışı rektorluq iclasına təqdim etsin. Monitorinq, qiymətləndirmə və keyfiyyətə nəzarət şöbəsi (T.Əskərova) və Tədris işləri üzrə prorektor (prof. T.Cəfərov) İmtahan sessiyasının təşkili, keçirilməsi və nəticələri barədə hesabat və rəyləri ümumiləşdirib müvafiq formalar üzrə 10 gün müddətində Azərbaycan Respublikası Təhsil Nazirliyinə təqdim olunmasını təmin etsin.

X. Nəzərə alınsın ki, imtahan sessiyasının gedişində aşkar olan hər bir neqativ hala görə müvafiq qurum rəhbərləri, fakültə dekanları və şöbə müdirləri bilavasitə məsuliyyət daşıyırlar.

XI. Əmrin icrasına nəzarəti öz üzərimə götürürəm.

Əsas: Azərbaycan Respublikası Təhsil Nazirliyinin “İmtahan sessiyasının təşkili və keçirilməsi barədə” 08 may 2021-ci il tarixli F-215 nömrəli əmri, BSU Elmi Şurasının 20.05.2021-ci il tarixli iclasının qərarı, pr. № 7.

 

 

Rektor                                                      prof. Nurlana Əliyeva      

 

Təqdim etdi:

 

Tədris işləri üzrə prorektor                                  prof. T.H.Cəfərov 

 

Razılaşdırıldı

 

Eimi işlər üzrə prorektor                                      prof. R.M.Novruzov

 

Tərbiyə işləri üzrə prorektor                               dos. X.R.Sultanova