“Biz birlikdə güclüyük:

Azərbaycan-Türkiyə gəncliyi” adlı tədbir keçirilib

      

Mayın 20-də Yeni Azərbaycan Partiyasının(YAP) Nəsimi rayon təşkilatı tərəfindən onlayn formada “Biz birlikdə güclüyük : Azərbaycan-Türkiyə gəncliyi” adlı tədbir keçirilib.Tədbir iki qardaş xalqın gənclərinin bu gün və gələcəkdə birgə fəaliyyətinə və vəzifələrinə həsr olunub.

Videokonfransda Milli Məclisin deputatı,YAP-ın Nəsimi rayon təşkilatının sədri Məlahət İbrahimqızı və Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Cahit Bağcı çıxış ediblər.

Həmçinin YAP-ın Nəsimi rayon təşkilatının Bakı Slavyan Universitetinin(BSU) ərazi ilk partiya təşkilatının sədri, BSU-nun Pedaqoji fakültəsinin Pedaqogika və psixologiya kafedrasının müdiri, dosent Sevinc Axundova, YAP-ın Nəsimi rayon təşkilatının BSU ərazi ilk partiya təşkilatının Gənclər Birliyinin İdarə Heyətinin üzvləri və fəalları iştirak ediblər.

Videkonfransda BSU-nun Beynəlxalq münasibətlər,regionşünaslıq  və  jurnalistika fakültəsinin I tədris ili tələbəsi, YAP-ın Nəsimi rayon təşkilatının BSU ərazi ilk partiyasının Gənclər Birliyinin  fəallarından olan Elxan Verdiyev “Azərbaycan-Türkiyə gəncliyi” mövzusunda çıxış edib.

Onun çıxışı iştirakçılar tərəfindən maraqla qarşılanıb.

 

Mətbuat və informasiya şöbəsi