Bakı Slavyan Universitetinin Tərcümə fakültəsinin tələbələri Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər

      

Mayın 7-də Bakı Slavyan Universitetinin Tərcümə fakültəsinin dekanı vəzifəsini icra edən,dosent Kamran Hacıyevin təşəbbüsü ilə fakültənin fəal tələbələrindən bir qrupu təlim-tərbiyə işləri üzrə dekan müavini, dosent Lalə Mikayılzadənin rəhbərliyi ilə müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dahi siyasətçi, görkəmli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə Fəxri xiyabana gələrək, Ümummilli Liderin məzarını ziyarət edib, önünə gül dəstələri düzüb və əziz xatirəsini ehtiramla yad ediblər.

 

Mətbuat və informasiya şöbəsi