BSU üzrə Tələbə Gənclər Təşkilatının üzvləri ilə görüş keçirilib

   

Aprelin 28-də Bakı Slavyan Universiteti (BSU) üzrə Tələbə Gənclər Təşkilatının (TGT) sədri Cəfər Adilov və TGT-nin fakültələrlə iş üzrə sədr müavini Rəhilə Yusifova I tədris ili tələbələri ilə bərabər Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) ofisində keçirilmiş görüşdə iştirak ediblər.

Görüş zamanı ATGTİ-nin əməkdaşları və BSU üzrə TGT-nin sədri Cəfər Adilov tərəfindən gənclərə ATGTİ-nin fəaliyyət istiqamətləri, o cümlədən ali təhsil müəssisələrində fəaliyyət göstərən TGT-lər haqqında ətraflı məlumat verilib.

Görüşün sonunda tələbə-gənclərə Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə həyata keçirilən "Xoş Gəldin!" layihəsi çərçivəsində hədiyyələr təqdim olunub, xatirə şəkli çəkdirilib.

 

Mətbuat və informasiya şöbəsi