Hörmətli tələbələr!

Gənc Yaradıcılar Klubunun və Tələbə Həmkarlar İttifaqı Komitəsinin birgə təşkilatçılığı ilə “Vətən üçün ölməksə qədərim, bu qədərin əllərindən öpərim” adlı müsabiqə elan olunur. Müsabiqədə iştirak etmək istəyən tələbələr istər öz yazdıqları şeirlərlə yaradıcılıq (yazılı formada), istərsə də görkəmli ədiblərimizin şeirlərini səsləndirməklə (video formatında) iki kateqoriya üzrə iştirak edə bilərlər. Tələbələrin öz yazdığı şeirlərin orijinallığı komissiya tərəfindən yoxlanılacaq, qiraət kateqoriyası üzrə çıxış edən tələbələr isə Münsiflər Heyəti tərəfindən qiymətləndiriləcək. Qaliblər diplomla mükafatlandırılacaqlar. Müsabiqədə iştirak etmək üçün son tarix 31.04.2021! Tələbələr müsabiqəyə qatılmaq üçün videoçarxlarını və yazılı şeirlərini elanda göstərilən elektron ünvana göndərə bilərlər.

 

                                         Mətbuat və informasiya şöbəsi