Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının dəstəyilə keçiriləcək 27 sentyabr Şəhidlərimizin Anın Gününə həsr edilmiş “ŞƏHİD QARDAŞIMA MƏKTUB” layihəsi haqqında

Məlumat

2020-ci Azərbaycan xalqının uzunəsirlik tarixinə qızıl hərflərlə yazılacaqdır. Müzəffər Ali Baş Komandanımız möhtərəm cənab İlham Əliyevin rəhbərliyilə Müzəffər Milli Ordumuzun şücaəti sayəsində  otuz ilə yaxın müddətdə işğal altında olan torpaqlarımız təcavüzkar Ermənistanın quldur ordusundan azad edildi. Haqq və ədalət uğrunda 44 günlük Vətən müharibəsi möhtəşəm Zəfərimizlə nəticələndi. Tariximizin Əbədi Qəhrəmanlıq salnaməsi olan bu Zəfər yüzlərlə şəhidimizin  qanı ilə yazıldı. Vətənin müdafiəsinin qalibiyyət simfoniyasının yazılmasında savaşa könüllü olaraq qoşulmuş yüzlərlə gəncimiz sağlamlıqlarını belə qurban verdi.  Müstəqilliyimiz, Vətənimizin ərazi bütövlüyü, namus və ləyaqətimiz uğrunda mübarizəyə qatılmış bu cəsur fədailər Azərbaycan xalqının başını uca etdi. Heç vaxt unutmayacağımız və unutdurmayacağımız bu qəhrəmanlar hər bir Azərbaycan anasının əziz övladı, xalqımızın qüruru və  iftixarı oldu. Rəşadət rəmzi olan bu qəhrəmanlar bugünkü və sabahkı gəncliyin əbədi amalı və and yeri oldu. Onların uyuduğu məkan müqəddəs ziyarət yeri oldu.

Bugün biz Şəhidlərimizə və Qazilərimizə borcluyuq. Hər birimiz həm vətəndaş kimi, həm də tutduğumuz vəzifə çərçivəsində gənc nəslin onlar kimi formalaşmasında məsuliyyət daşıyırıq. Həyata keçirəcəyimiz təbliğatımızla şərəfli tariximizi və bu tarixin qəhrəmanlarını  uşaq və gənclərimizin qan yaddaşına yazılmasına nail olmalıyıq.

Bu mənada YAP Nəsimi rayon təşkilatı ardıcıl olaraq həm I Qarabağ, həm də Vətən müharibəsinin qəhrəmanlarının gənclər arasında təbliği  məqsədilə müxtəlif tədbir və  layihələr həyata keçirir. Rayon təşkilatı rayon ərazisində yaşayan şəhid ailələri və qaziləri ilə sıx əlaqələr saxlayır, onların problemlərinin həllinə çalışılır.

Bu il Azərbaycan xalqı ilk dəfə olaraq, 27 sentyabr tarixini möhtərəm Prezidentimiz cənab İlham Əliyevin sərəncamı ilə təsis edilmiş Şəhidlərin Anım Günü kimi qeyd edəcəkdir.

Bu məqsədlə, YAP Nəsimi rayon təşkilatı qarşıdakı müddət daxilində silsilə tədbirlərin həyata keçirilməsini nəzərdə tutmuşdur.

Bu tədbirlərdən biri də Nəsimi rayon ərazisində yerləşən universitetlərdə təhsil alan gənclər arasında “Şəhid qardaşıma məktub”  inşa yazı müsabiqəsidir. Mövcud koronavirus pandemiyasını nəzərə alaraq, müsabiqə  online formatında keçiriləcəkdir. Online-inşa  müsabiqəsi  15 apreldən başlayaraq, 15 may 2021-ci il tarixində yekunlaşacaqdır.

 

Müsabiqədə iştirak etmək istəyənlər YAP Nəsimi rayon təşkilatına və onun elektron poçt ünvanına müraciət edə bilər.(yapnasimi@yahoo.com, əlaqə vasitələri : 012 441 2371, 012 441 2446)

 

Müsabiqənin  keçirilmə qaydaları:

  1. İstənilən gənc bu inşa müsabiqəsində iştirak edə bilər.
  2. İnşa yazısının həcmi üç vərəqədən artıq olmamalı (A4 formatda)
  3. İnşa yazısı komputerdə yığılmalı və elektron qaydada təqdim edilməli.
  4. Müsabiqədə iştirak edən gənc ayrıca bir vərəqədə  özü haqqında  məlumat  təqdim etməli:

(bax:Nümunə ).

  1. Müsabiqənin nəticələri şəhid ailələri və qazilərin də daxil olduğu münsiflər heyyəti tərəfindən qiymətləndiriləcək.
  2. Nəticələrin təqdimatı 27 sentyabr Şəhidlərimizin Anın Günü ərəfəsində keçiriləcəkdir. 

 

NÜMUNƏ FORMASI

 

1.     

Ad Soyad Ata adı

Ünvan

Əlaqə vasitəsi və e-mail ünvanı

Tutduğu vəzifə və iş yeri

Təhsil səviyyəsi və təhsil müəssisənin adı

2.    

Sadıqova Bədiyə Abil qızı

Nəsimi rayonu, V. Plotnikov 34

sadiqovabadiya1122@gmail.com, 013 441 2371

Məsləhətçi, YAP Nəsimi rayon təşkilatı

Ali, Azərbaycan Dillər Universiteti

3.     

 

 

 

 

 

4.