Bakı Slavyan Universitetinin tələbə və müəllimləri Aprel döyüşlərinin 5-ci ildönümü münasibətilə Şəhidlər xiyabanını ziyarət ediblər-FOTOLAR

   

Azərbaycan xalqının tarixinə qəhrəmanlıq və şərəf səhifəsi kimi daxil olan 2016-cı ilin Aprel döyüşlərindən 5 il ötür. Bu münasibətlə Bakı Slavyan Universitetinin Tələbə Gənclər Təşkilatının İdarə Heyətinin üzvləri,digər fəal tələbələri və professor-müəllim heyətinin nümayəndələri Şəhidlər xiyabanını ziyarət edərək Azərbaycanın ərazi bütövlüyü və dövlət müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərimizin məzarları üzərinə gül dəstələri düzərək xatirələrini dərin hörmət və ehtiramla yad ediblər.

Bakı Slavyan Universitetinin tələbələri və müəllimləri həmçinin Aprel döyüşləri zamanı şəhid olmuş Murad Mirzəyevin, Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimovun və Azərbaycanın Milli Qəhrəmanı, polkovnik İlqar Mirzəyevin məzarlarını ziyarət edərək xatirələrinə dərin hörmət və ehtiramlarını ifadə ediblər.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

 

Mətbuat və informasiya şöbəsi