Bakı Slavyan Universitetinin tələbəsi Murad Mehdiyev şəhadətnamə və sertifikatla mükafatlandırılıb

   

Bakı Slavyan Universitetinin Tərcümə fakültəsinin I tədris ili tələbəsi Murad Mehdiyev “ASAN Könüllülük Məktəbi”nin “Master 1” pilləsi çərçivəsində 4 saylı Bakı “ASAN Xidmət” Mərkəzində könüllü fəaliyyətini başa vurduğuna görə I dərəcli şəhadətnamə ilə təltif edilib. M. Mehdiyev eyni zamanda 4 saylı Bakı “ASAN Xidmət” Mərkəzinin “Yaşıl ASAN” Proqramı çərçivəsində “Yaşıl ASAN” müvəkilləri tərəfindən keçirilən “Eko İntellektual yarış”da I yeri qazanaraq sertifikatla mükafatlandırılıb.
 
Mətbuat və informasiya şöbəsi