Məzunlarımızı tanıyaq!

   

     Eltun Fərəc oğlu İbrahimov Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olub. 2010-2014-cü illərdə Bakı Slavyan Universitetinin (BSU) Beynəlxalq münasibətlər, regionşünaslıq və jurnalistika fakültəsində ali təhsil alıb. BSU-nun fəxri məzunudur. Azərbaycan Gənc Diplomatlar Birliyinin rəhbəri, müxtəlif beynəlxalq assosiasiyaların üzvüdür. Eltun İbrahimov Vətən müharibəsinə könüllü olaraq qatılıb. Ağdərə (Suqovuşan) istiqamətində gedən döyüşlərdə iştirak edib. Hazırda hərbi xidmətini davam etdirir.

 

#victoriousazerbaijaniheroes