Vətənimizin layiqli müdafiəçisi

      

     Azərbaycan xalqının Qarabağ uğrunda apardığı ədalətli, şərəfli və müqəddəs Vətən müharibəsi xalqımızın möhtəşəm Qələbəsi ilə başa çatdı. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin cəsarəti, qətiyyəti, iradəsi və rəşadətli Azərbaycan Ordusunun qəhrəmanlığı düşmən üzərində böyük tarixi Qələbəmizi təmin etdi.

     Qürur hissi ilə qeyd etmək istəyirik ki, Bakı Slavyan Universitetinin (BSU) məzunları da Vətən müharibəsində fəal iştirak ediblər. BSU-nun belə igid və cəsur məzunlarından biri də Tərcümə fakültəsinin Tərcümə (yunan) ixtisası üzrə məzunu, leytenant Vaqif Elşən oğlu Qədirovdur. O, 14 may 1996-cı ildə Şamaxı şəhərində anadan olub. 2013-2017-ci illərdə BSU-da ali təhsil alıb. Çox fəal və nizam-intizamlı tələbələrdən biri olub. Qarabağ uğrunda gedən döyüşlərdə, o cümlədən Talış və Suqovuşan kənləri, həmçinin Ağdərə, Xocavənd və Tərtər uğrunda döyüşlərdə yaxından iştirak edib. Qrup komandiri olub. Hazırda hərbi vəzifəsini yerinə yetirir. Biz BSU-da Vətənimizin layiqli müdafiəçisi olan Vaqif Qədirovla görüşəcəyimizə ümid edirik. Qəhrəmanımıza möhkəm cansağlığı və hərbi xidmətində yeni-yeni uğurlar arzulayırıq.

     Yaşasın Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev!

     Eşq olsun igid, yenilməz, qəhrəman Azərbaycan Ordusuna!

Mətbuat və informasiya şöbəsi