Filologiya və xarici dil müəllimliyi fakültəsində esse yazı müsabiqəsi keçirilib

Bakı Slavyan Universitetinin Filologiya və xarici dil müəllimliyi fakültəsində “Qürurlu ol, əsgər anası!” layihəsi cərcivəsində silsilə tədbirlər keçirilir. Qeyd edək ki, fakültə rəhbərliyi və tələbələr dəfələrlə cəbhə bölgəsində hərbi xidmətdə olan məzun əsgərlərin ailələrinə baş çəkiblər. Layihənin davamı olaraq 6-12 oktyabr tarixində “Qürurlu ol, əsgər anası!” mövzusunda esse yazı müsabiqəsi keçirilib. Azərbaycan, rus, ingilis, alman və fransız dillərində yazılan və elektron formada göndərilən esselər Münsiflər Heyəti tərəfindən yoxlanılıb və I, II, III yerə hər biri 2 nəfər tələbə olmaqla 6 nəfər tələbə seçilib. Tələbələr diplomlara layiq görülüblər. Həmin tələbələr aşağıdakılardır:

I yer - Rəna Həsənova ARGF 207

           Aysu Zamanova RF 304

II yer - Lalə Abdullayeva ARGF 207

          Əvəz Əlili ARGM 411

III yer - Aynurə Heydərova ARGM 310

       Qələmnaz Salahova RF 204

Mətbuat və informasiya şöbəsi