Bakı Slavyan Universitetinin şəhid məzunu

Nicat Ayaz oğlu Şükürlü 23 oktyabr 1991-ci ildə Bakıda anadan olub. 2009-cu ildə Bakı şəhər 49 nömrəli tam orta məktəbi bitirib. 2010-cu ildə Azərbaycan Silahlı Qüvvələri sıralarına həqiqi hərbi xidmətə yollanıb. Hərbi xidməti başa vurduqdan sonra  2014-cü ildə Bakı Slavyan Universitetinin Əlavə təhsil və qiyabi şöbəsinin Beynəlxalq münasibətlər ixtisasına qəbul olunub və 2019-cu ildə bu ixtisası bitirib.

 Nicat Şükürlü 2020-ci ilin oktyabr ayının 2-də könüllü olaraq ordu sıralarına yazılıb. Oktyabrın 11-də Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

Bakı Slavyan Universitetinin rəhbərliyi və kollektivi şəhid Nicat Şükürlünün ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, layiqli Vətən övladı ilə fəxr edir.

Allah rəhmət eləsin!

Vətən sağ olsun!