Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Heydər oğlu Əliyevə Bakı Slavyan Universitetinin Qarabağ müharibəsi veteranlarının

 

M Ü R A C İ Ə T İ

 

Möhtərəm cənab Prezident,

Ali Baş Komandan İlham Əliyev!

         Sizin rəhbərliyinizlə Azərbaycan Silahlı Qüvvələrinin işğal altındakı ərazilərimizin azad olunması istiqamətində başladığı əks-hücum əməliyyatlarını dəstəkləyirik.

Biz, Bakı Slavyan Universitetində fəaliyyət göstərən Qarabağ müharibəsi veteranları: Məmmədov Sadir Surxay oğlu (istefada olan polis polkovniki),  Babayev Babaşah Babaxan oğlu, Əliyev Adil Sənan oğlu, Cəbrayılov Nəsib Hüseyn oğlu, Cəbrayılova Zoya Hüseyn qızı, Quliyev İbrahim Nəsir oğlu Sizə müraciət edərək bu müharibədə Vətən naminə öz bilik və bacarığımızı təklif edir, lazım gələrsə, döyüş bölgəsində ön cəbhədə fəaliyyət göstərməyə hazır olduğumuzu bildiririk. Torpaqlarımızın azad olunması uğrunda gedən bu müharibədə hamımız bir əsgər kimi Sizin rəhbərliyiniz altında döyüşməyə və həyatımızı belə, qurban verməyə hazırıq. Dinimiz Vətən torpaqları uğrunda aparılan müharibəni müqəddəs sayır, hər birimiz bu müqəddəs müharibədə əlimizdən gələni etməklə, haqq işi uğrunda mübarizə aparan xalqımıza zəfərin nəsib olmasına çalışmalıyıq.

Cənab Prezident! Biz Sizin əmrinizi gözləyirik! Qarabağ Azərbaycandır!

Yaşasın müdrik siyasəti ilə xalqının üzünə səadət qapılarını taybatay açan, onu ən ülvi arzularına qovuşduran Dövlətimiz!

Yaşasın Azərbaycan Ordusu!

Yaşasın Azərbaycan!

  

  1. Məmmədov S.S.
  2. Babayev B.B.
  3. Əliyev A.S.
  4. Quliyev İ.N.
  5. Cəbrayılova Z.H.
  6. Cəbrayılov N.H.

 

02.10.2020-ci il