Tələbə Gənclər Təşkilatının təbriki

Bakı Slavyan Universitetinin Tələbə Gənclər Təşkilatı bu il universiteti bitirən məzunları təbrik edib.

Təbrikdə deyilir:

“Əziz məzunlar!

Hər birinizi Bakı Slavyan Universitetini bitirməyiniz münasibətilə ürəkdən təbrik edir, möhkəm cansağlığı,gələcək həyat və fəaliyyətinizdə yeni-yeni nailiyyətlər arzulayırıq.  Hazırda  bütün dünya üçün böyük təhlükə yaradan Koronavirus pandemiyasına görə,biz bu il Məzun Gününü birlikdə qeyd edə bilmirik. Lakin buna baxmayaraq, biz sizə gələcəkdə yüksəkixtisaslı kadr, milli ruhlu, sağlam və müasir düşüncəli ,vətənpərvər, cəmiyyətdə öz layiqli yerini tutan bir vətəndaş olmağınızı arzu edirik. . Biz sizin  gələcəkdə cəmiyyətin  tanınmış, nüfuzlu, görkəmli simaları olmağınızı arzulayırıq. İnanırıq ki, siz həmişə məzunu olduğunuz Bakı Slavyan Universitetinin adını uca tutacaq və göstərilən etimadı layiqincə doğruldacaqsınız.

Bir daha hamınızı bu gözəl və əlamətdar gün münasibətilə səmimi-qəlbdən təbrik edir, sizə ən xoş, ən gözəl arzularımızı bildiririk. Yolunuz açıq,məqsədiniz aydın olsun! ”

Mətbuat Xidməti