Beynəlxalq münasibətlər kafedrasının onlayn iclası keçirilib

Bakı Slavyan Universitetinin Beynəlxalq münasibətər, regionşünaslıq və jurnalistika fakültəsinin Beynəlxalq münasibətlər kafedrasının onlayn iclası keçirilib. Onlayn iclasda əsasən 2019-2020-ci tədris ilinin yaz semestrinin başa çatması ilə bağlı məsələlər və qarşıda dayanan vəzifələr, o cümlədən onlayn dərslərin keyfiyyəti geniş müzakirə olunub. Ümumilikdə, kafedra üzrə onlayn tədris edilən dərslərin səviyyəsi müsbət qiymətləndirilib.

İclasda cari məsələlər də müzakirə olunub və müvafiq qərarlar qəbul edilib.

Mətbuat Xidməti