"Ürəklərdə Yaşayan Lider" adlı şeir müsabiqəsi başa çatdı

Bakı Slavyan Universitetinin rəhbərliyi tərəfindən keçirilən ümummilli liderimiz Heydər Əliyevin doğum gününün 97- ci ildönümünə həsr olunmuş "Ürəklərdə Yaşayan Lider" adlı şeir müsabiqəsinin qalibləri müəyyən olunub.

Şeir müsabiqəsində Bakı Slavyan Universitetində müxtəlif ixtisaslarda təhsil alan tələbələr iştirak ediblər. Online formada keçirilən müsabiqədə tələbələr tərəfindən səsləndirilmiş 30-dan çox şeir video formasında göndərilib və onlar arasından ilk üç yerin sahibi müəyyən olunub.

 

Səfiyyə Mübariz qızı Mustafazadə (Məktəbəqədər təlim-tərbiyə və İbtidai təhsil fakültəsi)

Arzu Əsədulla qızı Muradova (Filologiya və Xarici dil müəllimliyi fakültəsi)

Səbinə Neman qızı Nəsibli (Beynəlxalq münasibətlər,Regionşünaslıq və Jurnalistika fakültəsi)

Nərmin İsmayıl qızı Əhmədova (Pedaqoji fakültə)

 

Qaliblər online formada sertifikatlarla təltif olunublar. Müsabiqədə iştirak edən bütün tələbələrə təşəkkürlərimizi bildiririk.

                                                                                                                                          Mətbuat Xidməti