BSU-nun tələbələri Xalq şairi Səməd Vurğunun ev-muzeyində

   

   

     Bakı Slavyan Universitetinin Gənc Yaradıcılar Klubunun üzvləri Azərbaycanın Xalq şairi, görkəmli dramaturq, alim, ictimai xadim, Dövlət mükafatı laureatı Səməd Vurğunun ev-muzeyinə ekskursiya ediblər.

     Tələbə-gənclər ev-muzeyindəki eksponatlar, Səməd Vurğunun əl yazmaları, otaqlarla, tarixi sənədlərlə yaxından tanış olublar. Ev-muzeyi ilə tanışlıq onlarda xoş təəssürat yaradıb.

      Sonda xatirə şəkli çəkdiriblər.

Mətbuat Xidməti