BSU-da “Çingiz Aytmatov və Azərbaycan” mövzusunda tədbir keçirilib

   

     Dekabrın 19-da Bakı Slavyan Universitetinin (BSU) nəzdindəki Məktəb-Lisey Kompleksində Azərbaycan filologiyası fakültəsinin və BSU-nun professoru Bela Musayevanın birgə təşkilatçılığı ilə Türk dünyasının görkəmli nümayəndəsi, böyük yazıçı-mütəfəkkir, Qırğızıstanın Xalq yazıçısı, Dövlət Mükafatı laureatı Çingiz Aytmatovun anadan olmasının 91-ci ildönümünə həsr olunmuş “Çingiz Aytmatov və Azərbaycan” mövzusunda tədbir keçirilib.

   

     Tədbiri giriş sözü ilə açan  professor Bela Musayeva dünya şöhrətli yazıçı Çingiz Aytmatovun əsərlərindən danışıb, yazıçının Azərbaycana səfəri,  xüsusən BSU-ya gəlişi barədə xatirələrini tələbə-gənclərlə bölüşüb.

     Sonra tədbirdə Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasında təhsil alan tələbələr Çingiz Aytmatovun “İlk müəllim”, “Cəmilə”, “Qırmızı yaylıqlı qovağım mənim”, “Ana tarla”, “Ağ gəmi” əsərləri əsasında hazırladıqları kiçik səhnəciklər nümayiş etdiriblər.

     Tədbir iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

Mətbuat Xidməti