BSU-da tələbələr arasında dəyirmi masa keçirilib

     Bakı Slavyan Universitetinin (BSU) Gənc Yaradıcılar Klubunun təşkilatçılığı ilə Azərbaycan filologiyası fakültəsinin tələbələri arasında “Cəlil Məmmədquluzadə yaradıcılığında insan konsepsiyası” və “Hazırkı sosial vəziyyət, sosial problemlərin Azərbaycan televiziyasının efirində əks olunması” mövzusunda dəyirmi masa keçirilib.

   

     Dəyirmi masada əvvəlcə böyük nasir, dramaturq Cəlil Məmmədquluzadənin yaradıcılığına toxunulub, əsərlərindən fraqmentlər, şeirlər səsləndirilib. Böyük ədibin Azərbaycan dramaturgiyasında öz möhürünü qoymuş əsərləri və həmin əsərlərdəki obrazlar barədə müzakirə edilib.

     Sonra sosial şəbəkələrin gəncliyin bədii mütaliəyə olan marağının azalmasına səbəb olması, televiziya verilişlərində ölkə gündəmini zəbt edən məsələlərin qabarıq şəkildə işıqlandırılması və digər sosial məsələlər ətrafında diskussiya aparılıb.

       Sonda Azərbaycan filologiyası fakültəsinin tələbələri və Gənc Yaradıcılar Klubunun İdarə Heyətinin üzvləri Azərbaycan ədəbiyyatının parlaq simalarının yaradıcılığından şeir nümunələri səsləndiriblər.

Mətbuat Xidməti