BSU-nun tələbə-gəncləri xeyriyyə tədbirində

      Dekabrın 22-də Bakı Slavyan Universitetinin (BSU) Tələbə Xeyriyyə Fondu (TXF) tərəfindən Binəqədi rayonunda yerləşən “Qadın və uşaq sığınacağı”nda 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xeyriyyə tədbiri  keçirilib.

   

     Tədbirdə BSU TXF-nin və Tələbə Gənclər Təşkilatı (TGT) üzvlərinin dəstəyi ilə toplanan qadın və uşaq geyimləri, eləcə də müxtəlif növ ərzaq məmulatları sığınacağın məsul işçilərinə təhvil verilib.

   

     Sığınacağın rəhbəri Mehriban Zeynalova tələbələrə sığınacaq haqqında ətraflı məlumat verib, tələbə-gənclərin xeyriyyə addımını yüksək qiymətləndirib.

      Sonra BSU TXF-nin sədri Elxan Hacıyev, TGT-nin sədri Cəfər Adilov və  tədbirdə iştirak edən TXF  və TGT-nin fəal üzvləri sığınacaqda yaşayan qadınlar və uşaqlarla söhbət edib, onların çətinlikləri ilə maraqlanıblar.

      Tələbələr sığınacaqdakı uşaqlarla şən və əyləncəli vaxt keçirib, sonda xatirə şəkilləri çəkdiriblər.

Mətbuat Xidməti