BSU-nun müəllimləri Bakıda keçirilən beynəlxalq konfransda iştirak ediblər

     Dekabrın 15-də Bakıda Türkiyə Respublikasının Dokuz Eylül Üniversitetinin təşkilatçılığı ilə “Təhsildə Keyfiyyət” adlı beynəlxalq konfrans keçirilib.

     Konfransda Bakı Slavyan Universitetinin İbtidai təhsil kafedrasının müdiri, dosent Aytəkin Axundova, kafedranın dosenti Çimnaz Məmmədova, baş müəllim Sevda Mirzəyeva, müəllimlərdən Vəfa Məmmədova, Sevinc Qarayeva və Günel Nəzərova iştirak ediblər.

      Beynəlxalq konfransın sonunda  BSU-nun əməkdaşlarına sertifikatlar təqdim olunub.

Mətbuat xidməti