BSU-nun tələbələrinə xarici dili səmərəli yolla öyrənməyin yollarını izah olunub

   

   

     Noyabrın 26-da Bakı Slavyan Universitetinin (BSU) ERASMUS+ layihəsi çərçivəsində yaradılmış Təlim və Tədris Mərkəzində Tərcümə fakültəsinin Avropa dilləri kafedrasının təşkilatçılığı ilə kafedranın baş müəllimi Səyyarə Quliyeva tərəfindən “Stop translating in your head” mövzusunda seminar keçirilib. Seminarda BSU-nun Xarici dillər kafedrasının, Avropa dilləri kafedrasının, İngilis filologiyası kafedrasının müəllimləri, o cümlədən Filologiya və xarici dil müəllimliyi fakültəsinin “İngilis filologiyası” ixtisasında təhsil alan tələbələri iştirak ediblər.

      Seminar zamanı Avropa dilləri kafedrasının baş müəllimi Səyyarə Quliyeva xarici dili effekli və səmərəli yolla öyrənməyin yollarını tələbələrə izah edib, xarici dildə ünsiyyət qurarkən psixoloji baryeri aşmaq və nitqi inkişaf etdirməyin strategiyalarından danışıb. S.Quliyeva bildirib ki, bu strategiyaların vasitəsilə xarici dildə səlis fikir yürütmək və ünsiyyətdə olmaq vacibdir. Ünsiyyət zamanı Ana dilində fikirləşməyin xarici dildə danışıq qabiliyyətini məhdudlaşdırdığını deyən Səyyarə Quliyeva gənclərə dil öyrənmək bacarıqlarını inkişaf etdirməklə bağlı bir sıra tövsiyələr verib.

       Sonda tələbə-gəncləri maraqlandıran suallar cavablandırılıb.

Mətbuat xidməti