BSU-nun əcnəbi tələbələri Azərbaycan Xalça Muzeyində olublar

   

  

         Bu günlərdə Bakı Slavyan Universitetinin (BSU) Əcnəbi tələbələrlə iş üzrə dekanlığının təşkilatçılığı ilə Hazırlıq şöbəsində, o cümlədən müxtəlif ixtisaslar üzrə təhsil alan 15 əcnəbi tələbə Azərbaycan Xalça Muzeyində ekskursiyada olub.

         Azərbaycanın qədim tarixini və zəngin mədəniyyətini dünyaya tanıtmaq məqsədilə keçirilən ekskursiyada bələdçilər tərəfindən əcnəbi tələbələrə muzeyin ekspozisiyasında nümayiş olunan xalçalar, tikmələr, zərgərlik məmulatları, arxeoloji eksponatlar göstərilib, hər bir eksponat haqqında ingilis və rus dillərində geniş məlumat verilib.

          Ekskursiyanın sonunda BSU-nun əcnəbi tələbələri və onları müşayiət edən Əcnəbi tələbələrlə iş üzrə dekanlığın əməkdaşları muzeyin xatirə dəftərinə öz ürək sözlərini yazıblar.

Mətbuat Xidməti