BSU-da TGT seçkiləri keçirilib

 

   

  

              Noyabrın 26-da Bakı Slavyan Universitetində (BSU) Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) tərəfindən Tələbə Gənclər Təşkilatının (TGT) fakültə sədrinin seçilməsi ilə bağlı seçki keçirilib. Seçki Pedaqoji fakültənin və Beynəlxalq münasibətlər, regionşünaslıq və jurnalistika fakültəsinin tələbələri arasında aparılıb. Məlumat üçün bildirək ki, TGT sədri bütün tələbələr tərəfindən seçildiyi halda, fakültə sədri yalnız həmin fakültənin tələbələri tərəfindən seçilə bilər.

  

  

          Tələbələr gün ərzində seçki bülletenlərindən istifadə etməklə universitetdə  yaradılmış seçki məntəqəsinə yaxınlaşıb istədiyi namizədə səs verə bilərlər.

          Qeyd edək ki, seçkinin nəticələri hesabat-seçki konfransında elan ediləcək və yeni heyət fəaliyyətinə başlayacaq.

Mətbuat xidməti