BSU-da Dövlət Bayrağı Gününə həsr olunmuş növbəti tədbir

                     

Noyabrın 7-də Bakı Slavyan Universitetinin (BSU) Filologiya və xarici dil müəllimliyi fakültəsində 9 Noyabr-Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə əvvəlcə  Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Tədbiri giriş sözü ilə açan fakültə dekanı, dosent Gültəkin Əliyeva Dövlət Bayrağı Gününün xalqımızın tarixində xüsusi bir gün kimi qeyd  olduğunu bildirib, tədbir iştirakçılarını bu əlamətdar gün münasibətilə təbrik edib.

Sonra Filologiya və xarici dil müəllimliyi fakültəsində təhsil alan tələbələr Azərbaycan, rus, ingilis, alman, fransız dillərində Dövlət Bayrağının tarixi haqqında məlumat veriblər.

Tədbirdə Dövlət Bayrağının tarixi ilə bağlı videoçarx nümayiş olunub. Sonra  tələbə-gənclər vətənpərvərlik ruhunda şeirlər və mahnılar  səsləndiriblər.

 

Mətbuat xidməti