BSU-nun müəllimi sertifikatla təltif edilib

                                    

Bakı Slavyan Universitetinin Filologiya fakültəsinin müəllimi Ülkər Yusifova Türkiyə Respublikasının Qafqaz Universitetində Mövlana Mübadilə Proqramı çərçivəsində Ədəbiyyat fakültəsində “Müasir türk ləhcələri və ədəbiyyatları” ixtisasında tədris alan tələbələrə iki həftəlik dərs proqramını uğurla başa vurub. 

Bununla əlaqədar olaraq Ülkər Yusifova Qafqaz Universitetinin rəhbərliyi tərəfindən sertifikatla təltif edilib.

Mətbuat Xidməti