BSU-da Qarabağla bağlı fleş-mob keçirilib

                                                            

     Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu il oktyabrın 3-də Rusiya Federasiyasının Soçi şəhərində “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında çıxış edərkən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı bir daha öz qəti və prinsipial mövqeyini dünya ictimaiyyətinə çatdırıb. Dövlət başçımız xalqımızın milli maraqlarını və Azərbaycanın ərazi bütövlüyünü ifadə edərək demişdir: “Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi”. Qeyd etmək lazımdır ki, ölkə Prezidentinin bu ədalətli və prinsipial mövqeyini xalqımız yüksək səviyyədə dəstəkləyir.

         Buna sübut olaraq oktyabrın 11-də Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyinin, YAP-ın Nəsimi rayon təşkilatının təşəbbüsü və Bakı Slavyan Universitetinin (BSU) rektoru, professor Nurlana Əliyevanın dəstəyi ilə tələbələr fleş-mob keçiriblər. Qeyd edək ki, fleş-mobda tələbə-gənclər “Qarabağ Azərbaycandır və nida işarəsi” şüarını nümayiş etdiriblər.

BSU-nun Mətbuat Xidməti