BSU-da rus dilinin xarici dil kimi öyrədilməsi kursu öz işinə başlayıb

     

          1 iyun 2019-cu il tarixdə Bakı Slavyan Universitetinin ERAMUS+ mərkəzində  Rus dilinin xarici dil kimi öyrədilməsi kursu öz işinə başlayıb. Təşkilatçıları SR teaching and learning təşkilatı (Bakı), Gertsen adına Sankt Peterburq Dövlət Universiteti, Alfa dialoq (Rusiya), MAPRİAL, VTB bank və Bakı Slavyan Universiteti olan kursun aparıcıları rus dilinin tədrisinin metodiklası, onun xarici dil kimi öyrədilməsinin prinsipləri, Rusiya-Azərbaycan əlaqələrinin genişlənməsində dil faktoru və digər aktual məsələləri araşdırırlar. Kurs 9 gün davam edəcək, dərslər bəzi günlərdə BSU-nun ERAZMUS+ mərkəzində, bəzi günlərdə isə SR Teaching and Learning təşkilatı təlim auditoriyasında keçiriləcək. Beynəlxalq kursda ustad dərslərini Natalya Nekora (Gertsen adına Sankt Peterburq Dövlət Universiteti), Lüdmila Xarçenkova (Alfa dialoq (Rusiya),, Yelena Jadrovskaya (MAPRİAL) kimi tanınmış alimlər aparırlar.