BSU tələbələri arasında rus dili ilə bağlı müsabiqə keçirilib

     

    Bakı Slavyan Universitetində (BSU) Rus dili və mədəniyyətlərarası kommunikasiya kafedrasının təşkilatçılığı ilə ”Мы изучаем Русский Язык” mövzusunda  müsabiqə keçirilib.

     Üç mərhələdən ibarət müsabiqədə Tərcümə və Beynəlxalq münasibətlər və regionşünaslıq fakültələrinin I, II, III kurs tələbələri iştirak ediblər. Müsabiqədən öncə auditoriyada tələbələrlə görüşən BSU-nun tədris işləri üzrə prorektoru, professor Telman Cəfərov onların rus dilinə olan marağını  yüksək qiymətləndirib. T.Cəfərov Rus dili və mədəniyyətlərarası kommunikasiya kafedrası tərəfindən təşkil olunan yarışın tələbələrin rus dilini rahat mənimsəmələrinə köməklik göstərəcəyini deyərək gənclərə bir sıra tövsiyələr verib.

   Yarışın “İmla” adlanan I mərhələsi hər iki fakültənin I kurs tələbələri arasında olub. “Ən yaxşı esse” mərhələsində II kurs tələbələrindən Ümumilli Lider Heydər Əliyevin 96 illik yubileyinə həsr olunmuş esse yazmaq tələb olunub. 28 May Respublika Gününə həsr olunmuş “Ən yaxşı təqdimat” mərhələsi isə III kurs tələbələri arasında keçirilib.

    Müsabiqənin nəticələrinə görə I, II və III yerlərə layiq görülən tələbələrə müvafiq diplom və hədiyyələr,  mərhələlərdə fəal iştirak edən tələbələrə isə sertifikatlar təqdim olunub.

   Tərcümə fakültəsinin dekanı, professor Fidan Qurbanova və  Beynəlxalq Münasibətlər və Regionşünaslıq fakültəsinin dekanı, dosent Şirinbəy Əliyev yarışın sonunda tələbələri təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.

BSU-nun Mətbuat Xidməti