“Nəsimi ili” çərçivəsində daha bir tədbir

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında” 2018-ci il 15 noyabr tarixli və  “ Nəsimi ili” elan edilməsi haqqında 2019-cu il 11  yanvar tarixli Sərəncamları çərçivəsində Nəsimi Rayon İcra Hakimiyyətində   “Məndə sığar iki cahan...” adlı ədəbi-bədii tədbir keçirilib.

   Tədbirdə çıxış edən Nəsimi Rayon İcra Hakimiyyətinin Başçısı Asif  Əsgərov bildirib ki,  şərq xalqlarının mədəni sərvətlər xəzinəsində özünəməxsus layiqli yer tutan Nəsimi yaradıcılığı elmi-ədəbi fikrin diqqət mərkəzindədir. Şairin irsinin tədqiqi və təbliği Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Nəsiminin 600 illik yubileyinin keçirildiyi vaxta təsadüf edir. Şairin əsərləri Azərbaycan Respublikasının  Prezidenti cənab İlham Əliyevin “ Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 12 yanvar 2004-cü il tarixli Sərənacamına əsasən kütləvi tirajla nəşr olunmuşdur. 1979-cu ildə Bakı şəhərinin Nəsimi rayonunda Nəsiminin heykəli ucaldılmışdır.   

    Tədbirdə Rayon İcra hakimiyyətinin rəhbərliyi, rayonun idarə, müəssisə və təşkilatlarının rəhbərləri, Bakı Slavyan Universitetinin tərbiyə işləri üzrə prorektoru, dosent Xanım Sultanova və universitetin 20-dən çox tələbəsi iştirak edib.

                                         BSU-nun Mətbuat Xidməti